Deputat vaksinasiya ilə bağlı təbliğatın yaxşı təşkil olunmadığını deyib

Deputat vaksinasiya ilə bağlı təbliğatın yaxşı təşkil olunmadığını deyib
# 13 aprel 2021 11:25 (UTC +04:00)

"Təklif edirəm ki, biz “YAŞAT” Fonduna növbəti dəfə vəsait köçürək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Hesablama Palatasının üzvləri də bu təşəbbüsə qoşulsa, yaxşı olar: “Biz ikinci dəfə bu fonda vəsait köçürsək, yaxşı olar. “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Buradan müraciət edirəm, din xadimləri də Ramazan günlərində bu xeyriyyəçiliyi təbliğ etsinlər”.

Deputat əlavə edib ki, peyvəndlənmə çox sürətlə getmir: “Pandemiya çox sürətlə yayılır, ölüm halları artır. Azərbaycanda əgər vaksin ehtiyatları varsa, televiziyalarda sosial çarxlar yayımlanmalıdır. Vaksinləmə ilə bağlı təbliğat yaxşı təşkil olunmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR