Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşir

Deputatın Milli Məclisin iclasında iştirak etməsi tələb kimi müəyyənləşir
# 27 mart 2020 01:03 (UTC +04:00)

Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə parlamentdə qəbul ediləcəyi təqdirdə, qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənəcək. Qüvvədə olan qanuna əsasən, deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir. Layihədə qeyd edilir ki, deputat Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzürsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.

Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR