"Diamed Co": Koronavirus təhlükəsi ilə əlaqədar ölkədə şpris satışı artmayıb

"Diamed Co": Koronavirus təhlükəsi ilə əlaqədar ölkədə şpris satışı artmayıb
# 25 fevral 2020 12:19 (UTC +04:00)

““Diamed Co” şirkəti hələ ki, ancaq şpris istehsalı ilə məşğuldur. Bu ilin sonuna qədər məhsullarımız 6 çeşid artırılacaq. Amma bunlar arasında maska nəzərdə tutulmayıb”.

Bunu APA-ya açıqlamasında “Diamed Co” MMC şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

O bildirib ki, istehsala həyati vacib olan tibbi ləvazimatlar – şpris, kateter və sistem şlanqları daxildir: “Bu gün apteklərdə maskalarda süni qiymət artımı müşahidə olunur. Koronavirus təşvişi ilə bağlı ölkədə maska qıtlığı yaranır, şprislə bağlı qıtlıq yaransa, nə baş verər? Maskasız evdə qalmaq olar, amma şprissiz mümkün deyil”.

S.Hüseynova qeyd edib ki, hazırkı durumla bağlı ölkədə şpris satışı artmayıb: “Amma istehsalımız var-gücü ilə davam edir. Hələ ki, istehsal eyni qaydadadır. Ölkədə çox tələbat yaranmayıb, əgər yaranarsa, ölkənin şpris təminatını tam ödəyə biləcəyik. Heç bir problem yoxdur. Anbarlarımızda mallarımız var və istehsala da davam edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR