Diasporla İş üzrə Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxub

Diasporla İş üzrə Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxub
# 18 iyun 2020 17:41 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və Komitənin iki əməkdaşında virus aşkarlanıb.

Komitədən APA-ya verilən məlumata görə, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır:

“Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Komitənin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanılır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur.

Hər kəsə, o cümlədən əməkdaşlarımıza can sağlığı arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR