“Diplomatiya: müasir trendlər” layihəsinə start verilib

“Diplomatiya: müasir trendlər” layihəsinə start verilib
# 20 fevral 2020 17:06 (UTC +04:00)

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi , Dövlət Miqrasiya Xidməti ,“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Diplomatiya: Müasir Trendlər” layihəsinə start verilib.

DMX-dan APA-ya verilən məlumata görə, gələcək karyerasını diplomatiya sahəsində qurmaq istəyən gənclərin bu sahə üzrə biliklərinin artırılmasına yönəlmiş layihənin ilk günü Xarici İşlər Nazirliyinin Birinci Avropa İdarəsinin rəis müavini Nigar Hüseynova iştirakçılara Azərbaycanın müasir, beynəlxalq və diplomatik əlaqələri mövzusunda təlim keçib.

50 nəfərin iştirak etdiyi təlimlər 23 fevral tarixində başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR