Direktor: "Şamaxı Rəsədxanasının teleskopları sovetlər vaxtından qalıb"

Direktor: "Şamaxı Rəsədxanasının teleskopları sovetlər vaxtından qalıb"
  • Clock-gray 17:53
  • calendar-gray 28 Fevral 2020

"Bizim teleskoplarımız hamısı sovetlər vaxtından qalmadır. Diametrləri kiçikdir".

APA xəbər verir ki, bunu mətbuat konfransında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib. Onun sözlərinə görə, diametrin böyük və kiçikliyi onun görmə qabiliyyəti deməkdir:

"Biz dövlət və rəhbərlik qarşısında yeni teleskopun alınması məsələsini qaldırmışıq. Direktor təyin olunanda ilk müraciətim bununla bağlı idi. Bir az kənarda insan əli çatmayan yerdə astrofiziki eksperimentlərin aparılmasında əsas şərt ətraf işıqlanmanın fonudur. Biz çox istərdik ki, yeni teleskop alınsın və diametri 5-6 metr olsun. Külək və nəmişlik olmayan yer seçmişik. 

Prezident sonuncu dəfə burada olarkən təklifimizi qəbul edib. İndi bu məsələ onun nəzarətindədir. Nə vaxt sərəncam versə,I biz işlərə başlayacağıq".

N.Cəlilov qeyd edib ki, Dəmirçi kəndi istiqamətində Dəmirçi muzeyi tikilib və yeni yollar çəkilib:

"Orada yolun 3 km kənarında heç bir işıq mənbəyi olmayan və bizə uyğun şəraiti olan ərazi var. Həmin yerdə tikilən teleskop ŞAR üçün  çox yaxşı baza olar. İşçilərimiz orada rahatlıqla müşahidə apara bilərlər".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date