Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb
  • Clock-gray 11:00
  • calendar-gray 15 Fevral 2021

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 4992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3743 nəfəri elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

Test imtahanı mәrhәlәsindә namizәdlәrә әmәk, tәhsil qanunvericiliyi və mәntiq  üzrə 60 test tapşırığı tәqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Nəzərinizə çatdırırıq ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Günay Elşadqızı

Digər xəbərlər