Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək

Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
# 03 mart 2021 16:38 (UTC +04:00)

Bu ilin 6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzində həyata keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, namizədlərdən imtahana şəxsi səhifədə qeyd olunan vaxtdan 1 saat tez gəlmək, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirmək tələb olunur.

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR