Direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək

Direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək
# 23 fevral 2021 14:47 (UTC +04:00)

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, imtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR