Doktoranturaya imtahan verənlər buraxılış vərəqələrini çap edə bilərlər

Doktoranturaya imtahan verənlər buraxılış vərəqələrini çap edə bilərlər
# 10 fevral 2021 12:47 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2021-ci il fevralın 14-də doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru, fevralın 15-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, iştirakçılar “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in saytından çap edə bilərlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır.

İmtahan binasına daxil olarkən namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR