Donorluğun və transplantasiyasının hansı insan orqanlarına şamil olunmayacağı açıqlanıb

Donorluğun və transplantasiyasının hansı insan orqanlarına şamil olunmayacağı açıqlanıb
# 01 iyun 2020 18:28 (UTC +04:00)

Azərbaycanda insan orqanlarının donorluğu və transplantasiyası qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət, təmənnasızlıq prinsiplərinə əsaslanacaq.

APA-nın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Layihə əsasən, insan orqan və toxumalarının donorluğu və transplantasiyası zamanı meyit donorun cəsədinə ehtiramlı münasibət göstərilməsi, meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunması prinsiplərinə riayət olunmalıdır.

Layihədə qanunun tətbiq dairəsi də müəyyənləşir. Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə insan orqanlarının donorluğu və transplantasiyası ilə məşğul olan tibb müəssisələrinə şamil olunacaq. Layihəyə əsasən, insan toxumalarının donorluğu və transplantasiyasına dair tələblər bu qanunun məqsədləri üçün orqan donorluğu və transplantasiyasına bərabər tutulur və bu qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR