Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytlarda 5000-dək nöqsan aşkarlayıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi saytlarda 5000-dək nöqsan aşkarlayıb
# 01 mart 2021 11:29 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində dilçi alimlər, KİV əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, fərdi inkişaf mütəxəssisləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüş zamanı müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva keçiriləcək təlimlərin məqsədindən danışıb. O bildirib ki, təlimlərin əsas məqsədi ədəbi dil normalarının qorunması, televiziya və radio aparıcılarının nitqlərindəki qüsurların aradan qaldırılması və saytların dilinin təkmilləşdirilməsinə nail olmaqdır: "Saytlarda apardığımız monitorinqlər yekunlaşıb. Yaxın zamanda nəticələr açıqlanacaq. Monitorinqlərə görə, saytlarda 5000-dən artıq dil faktı aşkarlamışıq. Bütün sahələrdə olduğu kimi mətbuatda da problemlər var. Daha sonra televiziya və radioda monitorinqlərə başlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR