Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib
# 03 iyul 2020 18:48 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE imtahanlarını keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, 29 iyun – 3 iyul tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan informasiya texnologiyaları (İT) və daxili audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

- Cisco Systems, Inc şirkətinin “Cisco Certified Network Associate” sertifikat imtahanı;

- Oracle Certification Program korporasiyasının “Java SE 8 Programmer I” və “Oracle Database 12c: Performance Management and Tuning” adlı sertifikat imtahanları;

- Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” sertifikat imtahanı;

- Fortinet korporasiyasının “Fortinet NSE 6 - FortiAuthenticator 5.4” sertifikat imtahanı.

Həftə ərzində keçirilən imtahanlarda, ümumilikdə 7 nəfər iştirak edib və keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin, ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR