Dövlət Komitəsi: Bakıda itkin düşən 12 yaşlı Ləman Şahbazova nəzarətə götürülüb

Dövlət Komitəsi: Bakıda itkin düşən 12 yaşlı  Ləman Şahbazova nəzarətə götürülüb
# 06 yanvar 2021 13:22 (UTC +04:00)

Kütləvi İnformasiya Vasitələrində 12 yaşlı Ləman Şahbazovanın Sabunçu rayonu Zabrat qəbəsində yaşayan nənəsinin evindən çıxaraq geri qayıtmadığı ilə bağlı məlumat dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Komitədən APA-ya bildirilib ki, 12 yaşlı L. Şahbazova Sabunçu rayonu ərazisində tapılaraq bu səhər “Nur” uşaq evinə yerləşdirilib. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR