Dövlət Komitəsi: Dünyaya post-münaqişə reabilitasiyası və reinteqrasiyası ilə bağlı model təqdim edəcəyik

Dövlət Komitəsi: Dünyaya post-münaqişə reabilitasiyası və reinteqrasiyası ilə bağlı model təqdim edəcəyik
# 08 yanvar 2021 13:11 (UTC +04:00)

“Keçmişdə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ümumilikdə 650 minə yaxın insan öz doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizin 62 şəhər və rayonunda müxtəlif kompakt məskunlaşma yerlərində bu günə kimi yaşayıb”.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, Böyük Qayıdış konsepsiyasının əsas məqsədi tədricən, mərhələli şəkildə müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışını təhlükəsiz və ləyaqətli tərzdə təmin etməkdən ibarətdir: “Necə ki, məcburi köçkün və qaçqın soydaşlarımızla bağlı Azərbaycan dünyəvi model yaradıb. Buna yüksək səviyyələrdə, həmçinin BMT-nin Baş Katibi səviyyəsində qiymət verilib. Eyni qaydada Azərbaycan Prezidentinin rəhbərliyi ilə biz bu yaxınlarda dünyaya post-münaqişə reabilitasiyası və post-münaqişə reinteqrasiyası ilə bağlı model təqdim edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR