Dövlət Komitəsi parlament qarşısında reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu məsələsini qaldıracaq

Dövlət Komitəsi parlament qarşısında reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu məsələsini qaldıracaq
# 29 dekabr 2020 16:04 (UTC +04:00)

Azərbaycanda selektiv abortların qarşısının alınması üzrə görülən tədbirlərin səmərəliliyini artırmaq üçün görülməsi zəruri olan işlər açıqlanıb.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu istiqamətdə aşağıdakı işlərin görülməsi zəruridir:

- “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi;

- Doğulan uşaqlar arasında cinsi balansın pozulması hallarının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsi;

- Selektiv abortların fəsadları haqqında qabaqlayıcı tədbirlərin gücləndirilməsi, xüsusi ilə də maarifləndirmək və məlumatlandırma işlərinin rayon, kənd yerlərində daha geniş şəkildə aparılması.

Qeyd edək ki, sənəddə ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından birinin də selektiv abortlar olduğu qeyd edilib.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Milli Məclisdə Komitənin sədri Bahar Muradova təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR