Dövlət Komitəsi: Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub

Dövlət Komitəsi: Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub
# 10 dekabr 2019 12:06 (UTC +04:00)

“Münaqişə ocaqlarında yetim qalmış azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda oradakı uşaqlardan bir qisminin ölkəyə gətirilməsi planlaşdırılır”.

APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib: “Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak etmiş 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər”.

S. Heydərov qeyd edib ki, münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub: “Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmdə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR