Dövlət Komitəsinin əməkdaşları uşaq evində zorakılığa məruz qalan uşağa baş çəkib

Dövlət Komitəsinin əməkdaşları uşaq evində zorakılığa məruz qalan uşağa baş çəkib
  • Clock-gray 20:28
  • calendar-gray 18 Yanvar 2020

 

Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində baş vermiş zorakılıq hadisəsiylə bağlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə baş çəkərək uşağın psixoloji vəziyyətini öyrənib, uşağa lazımi yardım göstərilib. 

Komitədən APA-ya verilən məlumata görə, səfər zamanı əməkdaşlar uşaqların saxlanılması şəraiti ilə də tanış olublar.

Məsələ Komitənin nəzarətinə götürülüb. Hadisə ilə bağlı növbəti tədbirlər aidiyyatı qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Məlumat üçün qeyd edirik ki, bu hadisə keçən ilin dekabr ayında baş verib. Uşağa qarşı törətdiyi əmələ və yol verdiyi digər nöqsanlara görə müəllimə Elnurə Qüdrət qızı Məmmədova işdən azad olunub.

 

Ölkədə uşaq hüquqlarının müdafiəsi üzrə monitorinq mexanizmi yaradılmışdır. “Uşaq hüquqlarının həyata keçirilməsinə dair dövlət nəzarəti qaydası”-nın tələblərindən irəli gələrək Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adiyyatı qurumlarla birgə dövlət uşaq müəssisələrində monitorinqlər həyata keçirilir. 

Dövlət uşaq müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır. Nəticələr araşdırılaraq Hesabat şəklində Nazirlər Kabinetinə təqdim olunur. Həmin sənəddə adiyyatı üzrə çətinliklər və ondan çıxış yolları ilə bağlı təkliflər də öz əksini tapır.

Dövlət Komitəsi bir daha bəyan edir ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən həmin şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır.

 

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date