Dövlət Statistika Komitəsi Niderland Mərkəzi Statistika Bürosu ilə Anlaşma Memorandumu imzalayıb

Dövlət Statistika Komitəsi Niderland Mərkəzi Statistika Bürosu ilə Anlaşma Memorandumu imzalayıb
# 22 yanvar 2020 12:45 (UTC +04:00)

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Tahir Budaqov bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu hazırda ən qabaqcıl statistika qurumlarından biridir: "Anlaşma Memorandumu çərçivəsində statistik metodologiyaların, təsnifatların tətbiqi ilə bağlı qarşılıqlı səfərlər, Azərbaycanda statistikanın müxtəlif sahələrinin təkmilləşdirilməsi istiqamətində işlər nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR