Dövlət Turizm Agentliyinin Aparatı üçün xidməti avtomobillərin sayı müəyyən edilib

Dövlət Turizm Agentliyinin Aparatı üçün xidməti avtomobillərin sayı müəyyən edilib
# 22 oktyabr 2020 18:12 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin Aparatı üçün xidməti avtomobillərin sayı müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Dövlət Turizm Agentliyinin yaradılması ilə əlaqədar olaraq Agentlik üçün də xidməti minik avtomobillərinin say həddinin müəyyən edilməsi üçün sözügedən qərarda dəyişiklik edilməsi zərurəti yaranıb.

Bu tələbi nəzərə alaraq Nazirlər Kabinetinin 2020-ci il 22 oktyabr tarixli Qərarı ilə Agentliyin aparatı üçün xidməti minik avtomobilləri üzrə müəyyən olunmuş say həddi (limiti) 3 ədəd müəyyən edilib.

Qeyd edək ki, Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR