Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirir

Dövlət Yanğın Nəzarəti Xidməti pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirir
  • Clock-gray 14:06
  • calendar-gray 02 Sentyabr 2020

Cari ilin avqust ayından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin, aidiyyəti müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev APA-ya açıqlamasında deyib ki, bu tədbirlərin keçirilməsində məqsəd pambıq zavodu, tədarük məntəqəsi, qurutma-təmizləmə sexləri və təsərrüfatlarda tələb olunan yanğına qarşı rejimə əməl olunması və bu sahədə icrası vacib olan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi, eləcə də vətəndaşların bir daha yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsidir: “Tədbirlərimiz davam etdirilir”.

apa-logo-mini

Digər xəbərlər