Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsahibə elan edilib
# 15 mart 2021 12:33 (UTC +04:00)

2021-ci il 15 mart tarixində 13 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 31-i isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyində və Dövlət Statistika Komitəsində şöbə müdiri vəzifələridir. Ümumilikdə isə, Qida Təhlükəsizliyi Agentliyində 20, Kənd Təsərrüfatı Nazirliyində 9, Maliyyə Nazirliyində 4, Dövlət Statistika Komitəsində 3, Məhkəmə-Hüquq Şurasında 2, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2, Hesablama Palatasında 1, Təhsil Nazirliyində 1, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Turizm Agentliyində 1, Milli Arxiv İdarəsində 1, Gəncə Kommersiya Məhkəməsində 1, Gəncə İnzibati Məhkəməsində 1 vəzifə olmaqla 47 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 15 mart 2021-ci il tarixindən 13 aprel 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR