Dövlət və özəl səhiyyə müəssisələrinin əməkdaşlarına “icaze.e-gov.az” vasitəsilə icazə veriləcək

Dövlət və özəl səhiyyə müəssisələrinin əməkdaşlarına “icaze.e-gov.az” vasitəsilə icazə veriləcək
# 08 dekabr 2020 17:46 (UTC +04:00)

Sərtləşdirilmiş xüsusi karantin müddəti dövründə dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşlarının fəaliyyətinə icazə veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşlarının hərəkətinə yol veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR