“Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri yayımlanacaq

“Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri yayımlanacaq
# 11 dekabr 2020 15:41 (UTC +04:00)

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, dərslərdə "Virtual məktəb"lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaq.

Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik cədvəlində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR