“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli

“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli
# 31 mart 2020 14:42 (UTC +04:00)

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 1 aprel üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da Fiziki tərbiyə; 10:10-da XI sinif - Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:05-də X sinif - Biologiya, Kimya, İngilis dili Coğrafiya;11:40-da IX sinif - Biologiya, Kimya, İngilis dili Coğrafiya; 12:20-də V sinif - İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət; 13:05-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:30-da I siniflərə Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da II sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:20-də VIII sinif - Rus dili, Riyaziyyat, Fizika; 14:55-də X sinif - Rus dili, Biologiya, Fizika; 15:30-da XI siniflərə - Kimya, Biologiya və Coğrafiya dərsləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR