"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlanıb
# 27 may 2020 15:32 (UTC +04:00)

“Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 28-nə olan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah 10:00-da - Fiziki tərbiyə; 10:10-da - Professor Solmaz Tohidi ilə Cümhuriyyət Tarixi; 10:45-də IX sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:40-da VIII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 12:25-də VII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 13:10-da VI sinif - Biologiya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 13:50-də - IV sinif - Riyaziyyat, Həyat bilgisi; 14:10-da III sinif - Riyaziyyat, Həyat bilgisi dərsləri; 14:35-də - Məktəbdənkənar fəaliyyət; 14:45-də - tədqiqatçı Fuad Axundov ilə "Əli və Nino" və 28 May Respublika günü dərsləri olacaq.

Rus bölməsi üçün 15:20-də III sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 16:00-da V sinif - Rus dili, Riyaziyyat; 16:25-də VII sinif - Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 17:05-də X sinif şagirdlərinə - Rus dili, Biologiya, Fizika dərsləri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR