Dünyada COVID-19-a yoluxanların sayı 62 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 62 milyonu ötüb
  • Clock-gray 18:30
  • calendar-gray 28 Noyabr 2020

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 62 milyonu keçib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxanların sayı 62 010 805 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 449 385, xəstəlikdən sağalanların sayı isə 42 803 910 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.

 

 

apa-logo-mini

Digər xəbərlər