Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 500 milyon dozanı ötüb

Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 500 milyon dozanı ötüb
  • Clock-gray 12:17
  • calendar-gray 26 Mart 2021

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 140-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında dərc olunan infoqrafikada deyilir.

Bildirilib ki, vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 501 milyon dozadan çox vaksin vurulub.

Məlumata görə tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən gündəlik vaksin olunanların sayı son 20 gün ərzində 2 dəfə artaraq 12,2 milyon nəfərə çatıb. 

Hazırda vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsraildir. Bu ölkədə artıq 9,8 milyon doza peyvənd vurulub, ölkə əhalisinin 51%-nin vaksinasiyası tam başa çatdırılıb.

Səid Babazadə

Digər xəbərlər