E-Gov portalında istifadəçi sayı açıqlanıb

E-Gov portalında istifadəçi sayı açıqlanıb
# 12 mart 2021 12:09 (UTC +04:00)

""ASAN login"ə 52 sistem inteqrasiya olunub. Bir il ərzində pandemiyaya görə istifadəçi sayı 1,7 milyona çatıb, əvvəl bu rəqəm təxminən 400-500 min idi”.

APA-nın məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EHİM) publik hüquqi şəxsin fəaliyyətinin 3 ilinə həsr olunan mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, E-Gov portalından ötən il 38 milyon dəfə elektron xidmət göstərilib, 1 milyon 270 min istifadəçi sayı var: ""ASAN ödəniş"dən vətəndaşlara müxtəlif ödəmələrlə bağlı 11-dən çox bildiriş göndərilir. Əhatə dairəsi 670 mindən çox ödənişi elektron ödəmək mümkündür. "ASAN ödəniş"dən 1,4 milyon dəfə istifadə olunub, 303 qurum bu sistemə inteqrasiya edilib. Artıq bələdiyyə, ədliyyə, təhsil ödənişləri də həyata keçirmək mümkün olur və bununla bağlı işlər davam etdirilir".

Fariz Cəfərov deyib ki, Elektron kənd təsərrüfatı sistemindən 570 mindən çox fermer istifadə edir: “ASAN finans"a artıq bütün banklar qoşulub. Vətəndaş banka gedib sadəcə identifikasiya nömrəsini deyir, artıq kağız daşıyıcı sənədləri aparmağa ehtiyac qalmır. 500 min vətəndaş bu xidmətdən istifadə edib. Burada ancaq vətəndaş icazəsi ilə baxıla bilər, heç bir qurum icazə verməsə, onun məlumatlarına baxıla bilməz. "ASAN viza" ilə 30 saniyəyə viza vermək mümkündür, 2020-ci ilə qədər 2 milyon viza verilib. Sistem özü-özünü maliyyələşdirir. Sərhədlər açılandan sonra artıq çoxgirişli viza da almaq mümkün olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR