“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb

“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb
# 08 dekabr 2020 15:22 (UTC +04:00)

“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.

Qərara əsasən, tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir.

-Mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir; giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

-“Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;

- tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

- icazənin növü seçilir (1 və ya 2);

- “Göndər” düyməsi sıxılır;

- “Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;

- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR