“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib
# 25 iyun 2020 18:21 (UTC +04:00)

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR