E-sosial.az portalında istifadəçi sayı 852 minə çatıb

E-sosial.az portalında istifadəçi sayı 852 minə çatıb
  • Clock-gray 15:01
  • calendar-gray 19 Fevral 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək  852 minə çatıb.  Portala müraciətlərin sayı isə 46 milyon olub.

Nazirlikdən APA-ya bildirilib ki, 2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.  

Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirə bilir. Portal həmçinin hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir ki, bu da  vətəndaşların  ondan rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradır.

Bütün bunlar portala müraciətlərin sayının sürətlə artmasını şərtləndirib. Ötən dövrdə portala 46 milyondan çox müraciət qeydə alınıb.

Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) ötən ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com,  youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.

 

Əsmər Qabil

Digər xəbərlər