ETSN: "Azərbaycanda avtoparkın 80 faizini buraxılış ili 10 ili keçmiş avtomobillər təşkil edir"

ETSN: "Azərbaycanda avtoparkın 80 faizini buraxılış ili 10 ili keçmiş avtomobillər təşkil edir"
  • Clock-gray 16:17
  • calendar-gray 19 Yanvar 2021

“20 il bundan əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar müəssisələr,  məsələn, sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı”. 

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib. O bildirib ki, avtonəqliyyat vasitələrinin rolu burada az idi: “İndi isə atmosfer havasının çirklənməsinin əsas səbəbi nəqliyyat vasitələridir. Bu da son illərdə sənayenin güclü inkişafı ilə bağlıdır. Sənayenin inkişafı, rifahın yaxşılaşması maşınların sayının artmasına gətirib çıxarıb. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır”.

O qeyd edib ki, Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir: “Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş, beşdə biri yaşı 30 ildən çox olan avtomobillərdir. Sözsüz ki, köhnə avtomobillər ətraf mühitə daha çox zərər verir, onlarda zəhərli maddələrin miqdarı yeni avtomobillərdən çox olur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılma yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsinin yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir”.

Əsmər Qabil

Digər xəbərlər