ETSN Badamdardakı sürüşmənin səbəbini açıqlayıb

ETSN Badamdardakı sürüşmənin səbəbini açıqlayıb
# 29 yanvar 2021 10:01 (UTC +04:00)

“Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb”.

APA-nın məlumatına görə, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.

O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib: “Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR