ETSN: Bakının relyefi və geoloji quruluşu sürüşmələrin baş verməsini şərtləndirən amillərdən biridir

ETSN: Bakının relyefi və geoloji quruluşu sürüşmələrin baş verməsini şərtləndirən amillərdən biridir
# 02 fevral 2021 16:19 (UTC +04:00)

“Bakı şəhərinin relyefi və geoloji quruluşu vaxtaşırı sürüşmə prosesinin baş verməsini şərtləndirən amillərdən biri sayılır”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O bildirib ki, bura antropogen təsirlər də daxildir: “Sürüşməyə meylli sahələrdə insan amilinin təsiri nəticəsində sürüşmə proseslərinin baş verməsi müşahidə edilir. Bakıda və Abşeron yarımadasında, Zığ massivində, Əhmədli massivində, Qaraçuxur, Günəşli, Masazır, Badamdarda sürüşmələr daha tez-tez müşahidə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR