ETSN: Bərk məişət tullantılarının idarə olunması ilə bağlı problem var

ETSN: Bərk məişət tullantılarının idarə olunması ilə bağlı problem var
# 01 sentyabr 2020 16:31 (UTC +04:00)

Bərk mişət tullantılarının idarə olunması ilə bağlı problem var. Bu problem demək olar ki, Bakıda həll olunub, amma regionlarda hələ də qalmaqdadır.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, Bakıda bunun həlli üçün müasir zibilyandırma zavodu inşa edilib, çeşidlənmə zavodu və Balaxanı poliqonu müasir şəkildə qurulub, bununla da problemlər aradan qaldırılıb: “Lakin təəssüf ki, Bakıdan kənarda problem qalır, zibilin qalaqlanması, onun üçün ayrılmayan yerdə toplanması, vaxtlı-vaxtında daşınmaması, lazım olmayan yerlərə atılması, su hövzələrinin çirkləndirilməsi və s. məsələlər var. Bələdiyyələri cərimələməklə bu problemi həll etmək olmaz. Bu problemin həlli üçün hökumət müvafiq tədbirlər görür. O cümlədən bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı ölkə başçısı tərəfindən strategiya imzalanıb. Həmin strategiyada bütün ölkə ərazisində müvafiq işlərin görülməsi, o cümlədən 8 regional poliqonun tikilməsi, ötürücü məntəqələrin qurulması və s. nəzərdə tutulur. Mərhələlərlə bu işlərin görülməsinə başlanılır. Amma indiki məqamda bu təqsiri bələdiyyələrin və ya yerli idarəetmə orqanlarının üzərindən götürüb başqa yerə qoymağa ehtiyac yoxdur. Hər bir ərazidə zibillərin idarə olunmasını yerli idarəetmə orqanları təşkil etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR