ETSN: Bu ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub

ETSN: Bu ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub
# 12 yanvar 2021 16:19 (UTC +04:00)

“2021-ci ildən yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı”nda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib. O bildirib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq yer təki sahələri seçilib:

“Həmin sahələr qeydiyyatdadır və istismara hazırdır. Həmin sahələr müvafiq icra hakimiyyəti qurumaları ilə razılaşdırma mərhələsindədir. Bu proses başa çatdıqdan sonra tezliklə bununla bağlı məlumat olacaq. Eyni zamanda, hərrara çıxarılacaq yataqlar haqqında məlumat yerləşdiriləcək”.

Onun sözlərinə görə, yer təki sahəsindən istifadə hüququ qazanmaq üçün hərraclarda iştirak etmək lazımdır. S. Qurbanov bildirib ki, qanunvericiliyə görə, yer təki sahələri iki halda – hərraclar və müsabiqələr keçirməklə ayrılır: “Nazirlər Kabinetinin müəyyən etdiyi hallar var ki, onda yer təki sahəsi birbaşa ayrılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR