ETSN: Dumanlı hava şəraiti davam edəcək

ETSN: Dumanlı hava şəraiti davam edəcək
# 05 fevral 2021 11:45 (UTC +04:00)

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR