ETSN: Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

ETSN: Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq
# 23 aprel 2021 17:11 (UTC +04:00)

Aprelin 23-də Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Bu barədə APA-ya ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, aprelin 22-də isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR