ETSN: Hirkan Milli Parkında yanğın davam edir

ETSN: Hirkan Milli Parkında yanğın davam edir
# 15 yanvar 2021 12:19 (UTC +04:00)

“Dünən gecə satlarından başlayan yanğın Hirkan Milli Parkının Astara ərazisində, İranla həmsərhəd əraziyə yaxın hissədə baş verib”.

APA-nən məlumatına görə, bunu ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, küləyin güclü olması nəticəsində, həmçinin relyefin mürəkkəb olmasına görə, əraziyə yanğınsöndürənlər tətəfindən müdaxiləni çox çətinləşdirir: “Ancaq əl əməyindən istifadə olunur. Hirkan Milli Parkının əməkdaşları, həmçinin ərazidə mövcud olan meşə idarəsinin əməkdaşları, FHN-in yerli bölməsi, kənd camaatı da iştirak edirlər. Səhər saat 08:30 radələrində əlavə kömək məqsədilə bir qrup heyət də artıq yanğın yerinə göndərilib. Ərazidə külək azalsa da, yanğın hələ də davam dir. Gecə saatlarına görə yanğının qarşısı nisbətən alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR