ETSN: İşğaldan azad edilmiş ərazilərdə 4 yataq ermənilər tərəfindən istismar olunub

ETSN: İşğaldan azad edilmiş ərazilərdə 4 yataq ermənilər tərəfindən istismar olunub
# 29 yanvar 2021 15:49 (UTC +04:00)

"Ermənilər yeraltı xammal ehtiyatına da ziyan vurub. Oradakı ehtiyatlar böyük həcmdə istismara, talana məruz qalıb".

APA-nın məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, ərazidəki 4 yataq ciddi şəkildə istismar olunub və ətraf ərazilərə ekoloji ziyan vurulub: "Bu işdə ermənilərə xarici şirkət və investorlar yaxından kömək edib”.

Ə. Əliyev bildirib ki, hazırda hər bir yatağın monitorinqi və diaqnostikası keçirilir və vurulan ziyanin hesablanması ilə bağlı ilkin işlərə başlanılıb. Onun sözlərinə görə, dəymiş ziyan bir sıra yerli və xarici şirkətlərin iştirakı ilə hesablanacaq:

"Həmin ərazilərə baş çəkmişik. Proseslər davam edir. Ehtiyatların qalığı müəyyənləşdirilir. Yeni perspektivlər planlaşdırılacaq və bərpa işləri həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR