ETSN: İşğaldan azad edilmiş regionlarda faydalı qazıntı yataqları və yeraltı su ehtiyatlarının axtarışı gedir

ETSN: İşğaldan azad edilmiş regionlarda faydalı qazıntı yataqları və yeraltı su ehtiyatlarının axtarışı gedir
# 02 fevral 2021 16:12 (UTC +04:00)

“Ölkə Prezidentinin 27 iyul sərəncamı ilə yeraltı sulardan qənaətli istifadə və ehtiyatların artırılması istiqamətində fəaliyyət planı var”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O bildirib ki, ölkədə bu istiqamətdə geniş istiqamətli işlərə başlanılıb: “İşğaldan azad edilmiş regionlarda zəngin faydalı qazıntı yataqlarının - filiz, qeyri-filiz, inşaat materialları və yeraltı su ehtiyatlarının axtarışı gedir. Demək ki, yaxın perspektivdə bizim əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərdə mövcud xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqi, yenidən qiymətləndirilməsidir”.

O bildirib ki, bu işlər yaxın zamanda təsdiqlənəcək: "Bundan sonra fevralın sonunda axtarışlara başlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR