ETSN: Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb

ETSN: Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb
# 02 fevral 2021 16:31 (UTC +04:00)

“Kəlbəcərdə mövcud yataqların istismarı ön plandadır”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib. O bildirib ki, ilkin mərhələyə artıq başlanılıb: “Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb, qısamüddətli perspektivlərdə o yataqların diaqnostikasını müəyyənləşdirməliyik. Sonra orta və uzunmüddətli mərhələlərdə bu yataqların effektivlik və önəmlillik dərəcəsinə görə istismarını nəzərdə tuturuq. Paralel olaraq Kəlbəcərdə həm yataqların istismarı, həm də çoxsaylı filizləşmə, minerallaşma zonalarında dəqiq axtraış kəşfiyyat işlərinin aparılmasını planlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR