ETSN: May ayı ərzində güclü küləkli günlərin sayı 16-ya çatıb

ETSN: May ayı ərzində güclü küləkli günlərin sayı 16-ya çatıb
# 31 may 2020 17:09 (UTC +04:00)

"Bu ilin may ayı küləkli günlərlə zəngin olub. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatıb. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün olub, 2 gün ərzində küləyin sürəti 35 m/s, 1 gün ərzində isə 38 m/s-dək şiddətlənib".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O bildirib ki, ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u olub: "Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib. Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, Mərkəzi Aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba-Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR