ETSN: Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı “Qaynar Xətt”ə 17 şikayət daxil olub

ETSN: Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı “Qaynar Xətt”ə 17 şikayət daxil olub
  • Clock-gray 16:41
  • calendar-gray 08 Yanvar 2021

“Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı bizim “Qaynar Xətt”ə 17 şikayət daxil olub”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Operativ Monitorinq Mərkəzinin mütəxəssisləri hər bir şikayəti araşdırmaq məqsədilə ölçü işləri aparıb: “Bu şikayətlərdən 16-sı orada şüalanma norma daxilində müəyyən olunub. Bu qurğuların müəyyən texniki parametrləri var.Onların texniki pasportunda qeyd olunur ki, mənfi təsirlər 2 metrdən artıq dairədə olur. Yəni, əhatə dairəsi mövcuddur. Bu məsələyə dövlət nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir”.

 

Əsmər Qabil

Digər xəbərlər