ETSN: Oksigenlə zəngin hava şəraiti gözlənilir

ETSN: Oksigenlə zəngin hava şəraiti gözlənilir
# 25 fevral 2021 16:48 (UTC +04:00)

Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova APA-ya bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq. Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir: “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR