ETSN: Ovçuların əksəriyyəti limitsiz ova icazə verən lisenziyalar istəyir

ETSN: Ovçuların əksəriyyəti limitsiz ova icazə verən lisenziyalar istəyir
# 27 fevral 2020 10:54 (UTC +04:00)

"Əsas işimiz məsuliyyətli ovçuluğun insanlara tanıdılmasıdır. Nəzərə almaq lazımdır ki, ovçu milliyyətindən asılı olmayaraq istər cəmiyyətə, istər təbiətə, istərsə də özünə qarşı risk obyektidir".

APA xəbər verir ki, bunu “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı forumda çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, qanuni ovçuluqla məşğul olmaq istəyənlər ovçuluq bileti əldə etməlidir: "Ovçuluq biletini əldə etmək üçün isə həmin şəxslər imtahan verməlidir. Amma bilet əldə etmək ova icazə verilməsi demək deyil. Ova çıxmaq üçün ov icazəsi, yəni lisenziya əldə edilməlidir. 2019-cu ildən xarici vətəndaşlara lisenziyaların verilməsi ASAN xidmət tərəfindən həyata keçirilir. Digər vətəndaşlara icazələrin alınması isə yerli ərazi şöbələri tərəfindən aparılır”.

H. Əlizadə bildirib ki, lisenziyaya münasibət birmənalı deyil: "Ovçuların əksəriyyəti lisenziyaların limitsiz ova icazə verməsini istəyir. Deyirlər ki, ovçuyamsa, istədiyim vaxt ova getməli və istədiyim sayda ov etməliyəm. Amma bu, düzgün yanaşma deyil. Lisenziyaların limiti ov sahələrinin sayına mütənasib təyin olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR