ETSN: Xəzərə sahilboyu ərazilərdən sutkada təxminən 2 milyon kubmetrə yaxın tullantı suyu axıdılır

ETSN: Xəzərə sahilboyu ərazilərdən sutkada təxminən 2 milyon kubmetrə yaxın tullantı suyu axıdılır
# 19 yanvar 2021 16:39 (UTC +04:00)

“ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri xəritələşdirilir: “10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş, tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur. Xəzər dənizinə bütün sahilboyu ərazilərdən sutkada təxminən 2 milyon kubmetrə yaxın tullantı suyu axıdılır. Sözsüz ki, bunun azaldıması istiqamətində tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR