ETSN: Xəzərin səviyyəsinin düşməsi kritik həddə deyil

ETSN: Xəzərin səviyyəsinin düşməsi kritik həddə deyil
# 09 fevral 2021 17:16 (UTC +04:00)

“Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, bu tendensiya mütəmadi baş verir: “Bu, neçə yüz illər əvvəl də baş verib. Azalma və qalxmalar olub. Həm də çaylarımızda su səviyyəsində azalmalar müşahidə olunur. Azərbaycanda 20 ildə çayların suyu 10-15 faiz azalıb. Bu, həm də Volqa, Ural çaylarına aid edilir. Bu azalmalar, digər hidroloji amillər Xəzər dənizinin də suyunun azalmasına gətirib çıxarır. Hazırda bu, kritik həddə gətirib çıxarmayıb. Amma bu hal baş verir və hesab edirik ki, müəyyən dövrdən sonra vəziyyət stabilləşəcək. Proqnozlar göstərir ki, stabilləşmə mütəmadi baş verir. Bununla bağlı narahatedici amil görmürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR