ETSN-də karyera yüksəlişi ilə bağlı qaydalar hazırlanır

ETSN-də karyera yüksəlişi ilə bağlı qaydalar hazırlanır
# 25 sentyabr 2020 17:05 (UTC +04:00)

“Nazirlikdə qeyri-dövlət qulluğu sahəsində də karyera yüksəlişi ilə bağlı bəzi qaydalar təsdiq olunacaq”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli qurumun "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

O bildirib ki, bunlar mühüm qaydalardır: “Bu, bizim ehtiyat kadr bazasının formalaşdırılmasına dair qaydalardır. Demək olar ki, bu qaydaların hazırlanması yekunlaşmaq üzrədir. Bu, özündə prioritet vəzifələrin müəyyənləşdirilməsi və vacib vəzifələrə davamçıların hazırlanması, onların inkişaf proqramının hazırlanması qaydaları olacaq. O cümlədən, səriştəliliyin idarə olunması, qeyri-dövlət qulluğu sahəsində işçilərin qiymətləndirmə qaydaları hazırlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR